AVRONEST PA-nın SESSİYASINDA

06/12/19

Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”,  “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.
Deputatlarımız qeyd olunan məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Səfər dekabrın 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi