Türkiyədə Ulu Öndər Heydər Əliyevin doğum gününə və 28 may Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçiriləcək

Tədbirlər
08 may 2024 | 12:40   
Paylaşın:        

Milli Məclisin deputatları Müşfiq Cəfərov və Cəbi Quliyev mayın 8-dən 12-dək Türkiyənin Ərzurum, Ərzincan və Ordu şəhərlərində səfərdə olacaqlar.

Deputatlar bu şəhərlərdə Ümummilli Lider Heydər Əliyevin doğum günü və 28 may Müstəqillik Günü münasibətilə  Azərbaycanın Qars şəhərindəki Baş Konsulluğunun  təşkil etdiyi tədbirlərdə iştirak edəcəklər.

           

Milli Məclisin Mətbuat

ictimaiyyətlə əlaqələr şöbəsi

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU