Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova aprelin 23-də ölkəmizdə səfərdə olan Əlcəzair Xalq Demokratik Respublikasının Xalq Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri, Əlcəzair-Azərbaycan dostluq qrupunun rəhbəri Qarbi Abdelbasetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.